Az | EN

Azərbaycan Memarlıq və İnşaat Universitetində rəsmi AWS Student Builder Group yaradılıb

Cəmil Hüseynzadə
24 Avqust 2026 14:31
42 baxış
Azərbaycan Memarlıq və İnşaat Universitetində rəsmi AWS Student Builder Group yaradılıb

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMIU) AWS Student Builder Group fəaliyyətə başlayıb.

Amazon Web Services (AWS) tərəfindən dəstəklənən bu icma texnologiya həvəskarlarını bulud texnologiyaları, süni intellekt, proqramlaşdırma və digər müasir texnologiyalar ətrafında bir araya gətirməyi hədəfləyir.

Community çərçivəsində üzvlər üçün texniki workshoplar, praktiki sessiyalar, hackathonlar, networking imkanları və müxtəlif AWS yönümlü fəaliyyətlərin keçirilməsi planlaşdırılır.

AWS Student Builder Group AzMIU-nun əsas məqsədi üzvlərin texniki bacarıqlarını inkişaf etdirməsinə, real layihələr üzərində işləməsinə, sektordakı mütəxəssilərlə netvörkinqinə və beynəlxalq texnologiya icmasına qoşulmasına şərait yaratmaqdır.

Community-nin fəaliyyətini izləmək və qarşıdakı tədbirlər haqqında məlumat əldə etmək üçün AWS Student Builder Group at AzMIU-nun sosial media hesablarını izləyə bilərsiniz.

© copyright 2022 | tech.az | info@tech.az