Az | EN

Azərbaycan startapı 50 000 Avro qrant qazanıb

Nail Valiyev
13 Dekabr 2023 14:28
1009 baxış
Azərbaycan startapı 50 000 Avro qrant qazanıb

Azərbaycan startap E-legal 50 000 Avro qrant qazanıb. Startap bu grantı Avropa Yenidənqurma və İnkişaf Bankıdan (EBRD) əldə edib. Bankın keçirdiyi Star Venture proqramının qalibi olan E-legal startapı mükafatlandırılıb. Startapın təsisçisi Səmayə Həbibova bu məbləği E-legal-ın inkişafına,innovasiyaların tətbiqinə xərcləyəcəklərini bildirib.

Daha öncə də startap Kiçik və Orta Biznesə Dəstək Agentliyinin 3-cü qrant müsabiqəsində qalib olmuşdu. KOBİA-nın qrant müsabiqəsində startap 20 000 manat qazanmışdı.E-legal hüquqi məsələləri onlayn həll etmək üçün alətlər təqdim edir. Startapın saytından istifadəçilər sənəd hazırlaya, yoxlaya və s. xidmətləri həyata keçirə bilərlər.

EBRD-nin dəstəklədiyi Star Venture Cənubi və Şərqi Aralıq dənizi regionunu  (SEMED), Qərbi Balkanları, Mərkəzi Asiyanı, Şərqi Avropanı, Qafqazı və Türkiyəni əhatə edən 23 ölkədə 550-dən çox yüksək potensiallı erkən mərhələdə startapları dəstəkləmişdir.

© copyright 2022 | tech.az | info@tech.az