Az | EN

Azərbaycan startapı "Glorri" 500 Georgia Accelerator-ın investisiya proqramına qəbul olub 

Bənövşə Kazımova
03 Aprel 2023 11:04
693 baxış
Azərbaycan startapı "Glorri" 500 Georgia Accelerator-ın investisiya proqramına qəbul olub 

Azərbaycan startapı Glorri Alberta Accelerator Canada 500-dən sonra 500 Georgia Accelerator-ın investisiya proqramına vəsiqə qazanıb. 

Proqram müddətində 500 Global-dan seçilmiş startaplar üçün kapital investisiyası, mentorlardan 12 həftə ərzində xüsusi mentorluq və proqramlaşdırma dəstəyi veriləcək. Həmçinin qlobal təsisçilər, icma tədbirləri, tərəfdaşların və s.  olduğu şəbəkəyə daxil olmaq imkanı yaradılacaq.

Məlumat üçün vurğulayaq ki, "Glorri" işəgötürmə proseslərinin vahid mərkəzdən idarəolunması və karyeranın inkişafı üzrə innovativ tətbiqin yaradılması sahəsində ixtisaslaşıb. Əsas missiyası uzun bilik və təcrübələr əsasında işəgötürmə üzrə mütəxəssislərin (rekruterlər, kadr təchiz edən şirkətlər və korporativ HR menecerlər) öz strategiyalarını daim dəyişən biznes mühitinə rahatlıqla uyğunlaşdırma cəhdlərinə töhfə verməkdir. Xatırladaq ki, keçən ilin sonunda keçirilən proqama 3 yerli startap - Bonbara, E-point və Voiceloft startapı 500 Global Georgia Akselerasiya proqramına qəbul olub.

© copyright 2022 | tech.az | info@tech.az