Az | EN

Azərbaycanda 2030-cu ilə kimi iki data mərkəz istifadəyə veriləcək

Nigar Sultanli
09 Oktyabr 2025 13:26
49 baxış
Azərbaycanda 2030-cu ilə kimi iki data mərkəz istifadəyə veriləcək

"Azintelecom" MMC rəqəmsallaşmaya artan tələbatı qarşılamaq məqsədilə bu ildən etibarən iki böyük yeni data mərkəzinin tikintisinə start verib. Şirkətin kommersiya direktoru Fərrux Fərəcullayev bu barədə "Fintex Forumu 2025"də çıxışı zamanı məlumat verib.

Fərəcullayev qeyd edib ki, bu mərkəzlər regionda ən böyük data mərkəzləri olacaq. Layihələrdən biri Abşeron rayonunda yerləşəcək və bu mərkəz üzrə işlərin 2027-ci ildə tamamlanması nəzərdə tutulub.

Digər data mərkəzinin isə Hacıqabulda inşa edilməsi planlaşdırılır. Ümumilikdə, hər iki data mərkəzi ilə bağlı tikinti və quraşdırma işlərinin 2030-cu ilə qədər yekunlaşdırılması hədəflənir.

"Azintelecom"un bu addımı ölkənin rəqəmsal infrastrukturu və məlumatların saxlanılması imkanlarının genişləndirilməsində mühüm rol oynayacaq.

© copyright 2022 | tech.az | info@tech.az