Bu ilin oktyabr ayında Azərbaycanda süni intellekt əsaslı “chatbot”lar arasında “ChatGPT” bütün platformalarda — kompüterlərdə, mobil cihazlarda və planşetlərdə — 93,55 % bazar payı ilə liderliyini qoruyub.
“Statcounter” agentliyinin son hesabatına əsasən, bu göstərici sentyabr ayı ilə müqayisədə 1,53 faiz bəndi azalıb.
İkinci yerdə qərarlaşan “Microsoft Copilot” oktyabr ayında 2,42 % bazar payına sahib olub. Bu isə əvvəlki ayla müqayisədə 0,41 faiz bəndi artım deməkdir. Onu “Google Gemini” izləyir — şirkətin bazar payı ay ərzində 1,31 faiz bəndi artaraq 2,32 %-ə çatıb.
Dördüncü sırada olan “Perplexity” platformasının payı oktyabr ayında bir qədər azalıb və 1,51 % təşkil edib (–0,11 faiz bəndi). İlk beşliyi isə “Claude” tamamlayır — onun bazar payı 0,2 % olub, bu da sentyabra nisbətən 0,08 faiz bəndi az nəticədir.
Agentliyin məlumatına görə, müxtəlif platformalar üzrə süni intellekt “chatbot”larının bazar payı aşağıdakı kimidir:
Kompüterlərdə:
“ChatGPT” – 93,88 % (sentyabra nisbətən +0,64 faiz bəndi);
“Microsoft Copilot” – 2,75 % (–0,52 faiz bəndi);
“Perplexity” – 1,66 % (–0,30 faiz bəndi);
“Google Gemini” – 1,49 % (+0,54 faiz bəndi);
“Claude” – 0,23 % (–0,11 faiz bəndi).
Mobil cihazlarda:
“ChatGPT” – 91,3 % (–6,73 faiz bəndi);
“Google Gemini” – 8,26 % (+6,94 faiz bəndi);
“Perplexity” – 0,43 % (+0,43 faiz bəndi).
Planşetlərdə:
“ChatGPT” – 85,71 % (–5,71 faiz bəndi);
“Google Gemini” – 14,29 % (+14,29 faiz bəndi).
