Az | EN

Türk startapı Hyperever 2.2 milyon dollar investisiya əldə edib

Nigar Sultanli
05 Noyabr 2025 12:13
50 baxış
Türk startapı Hyperever 2.2 milyon dollar investisiya əldə edib

Türkiyənin robot texnologiyası sahəsində fəaliyyət göstərən Hyperever startapı, Doğan Holding-in vençur kapitalı fondu olan Öncü-dən 2.2 milyon dollar investisiya cəlb edib.

İstanbul Texniki Universitetinin (İTU) ARI Teknokent-i daxilində fəaliyyət göstərən Hyperever, süni intellektlə dəstəklənən dördayaqlı robot hazırlayır. Hazırda üzərində işlərin davam etdiyi Proteo V1 adlı bu robot, çətin relyef şəraitində hərəkət edə bilir və 35 kq yük daşıma qabiliyyətinə malikdir.

Startap, 4-6 saat fasiləsiz işləmə müddəti və aşağı temperaturlarda yüksək performans kimi xüsusiyyətləri ilə seçilən Proteo V1-in təqdimatını 2025-ci ilin sonuna qədər keçirməyi və kütləvi istehsal prosesinə başlamağı planlaşdırır.

Hyperever, cəlb etdiyi investisiya ilə Ar-Ge (Tədqiqat və İnkişaf) işlərini sürətləndirməyi, istehsal infrastrukturunu gücləndirməyi, tanıtım fəaliyyətlərini genişləndirməyi və beynəlxalq bazarlara çıxmağı hədəfləyir.

İTU ARI Teknokent-in Baş Direktoru Prof. Dr. Attila Dikbaş mövzu ilə bağlı açıqlamasında bildirib: “İTU ARI Teknokent olaraq, Türkiyədə innovativ startapların böyüməsinə və qlobal rəqabət gücü qazanmasına rəhbərlik edirik. Hyperever bizim ekosistemimizdə yaranan, mühəndislik təməlini İstanbul Texniki Universitetinin güclü akademik ənənəsindən alan və vizionu ilə gələcəyə istiqamət verən bir startapdır.

Doğan Holding-in rəhbərliyi ilə reallaşan bu investisiya, həm Hyperever-in texnologiya istehsal etmə gücünə, həm də Türkiyənin sahibkarlıq ekosisteminə olan etimadın açıq göstəricisidir. Biz universitet-sənaye əməkdaşlığını davamlı inkişafın təməli olaraq görürük; Hyperever-in uğuru da bu yanaşmanın ən güclü sübutudur. Türkiyəni texnologiya inkişaf etdirən və innovasiya ixrac edən bir ölkə mövqeyinə daşımaqda qərarlı olduğumuza inanıram.”

© copyright 2022 | tech.az | info@tech.az