Az | EN

Azərbaycanda Yeni İqtisadiyyat Platforması: Fin.tech.az Media Fəaliyyətə Başladı

Cəmil Hüseynzadə
09 Aprel 2025 12:18
159 baxış
Azərbaycanda Yeni İqtisadiyyat Platforması: Fin.tech.az Media Fəaliyyətə Başladı

Azərbaycanda iqtisadiyyat və maliyyə sahəsində məlumat axınına yeni nəfəs gəlir. Fin.tech.az Media adı ilə fəaliyyətə başlayan yeni platforma həm yerli, həm də qlobal iqtisadi yenilikləri fərqli və maraqlı formatda təqdim etməyi qarşısına məqsəd qoyub.

Yeni layihə, Tech.az Medianın yeni bölməsi kimi ictimaiyyətə təqdim olunub və iqtisadiyyat sahəsində analitik baxışları, trendləri, texnologiya ilə maliyyənin kəsişdiyi nöqtələri işıqlandıracaq.

Fin.tech.az-ın qurucuları bildirirlər ki, platforma yalnız quru xəbərlərlə kifayətlənməyəcək, eyni zamanda interaktiv qrafiklər, vizual izahlar, qısa video-analtiklər və qeyri-ənənəvi indekslərin izahı kimi kontentlərlə oxuculara fərqli təcrübə yaşatmağa çalışacaq.

“İqtisadiyyat çoxlarına quru və çətin görünə bilər. Biz isə bu sahəni gündəlik həyatla əlaqələndirib daha maraqlı, başa düşülən və dinamik formada təqdim etmək istəyirik,” – deyə Cəmil Hüseynzadə bildirir.

Platformada Azərbaycan iqtisadiyyatı ilə yanaşı, beynəlxalq bazarlardakı dəyişikliklər, startap ekosistemi, maliyyə texnologiyaları (fintech) və qeyri-adi iqtisadi indekslərə dair araşdırmalar da yer alacaq.

Fin.tech.az artıq fəaliyyətə başlayıb və yaxın günlərdə yeni layihələr və rubrikalarla izləyicilərinin qarşısına çıxacağı gözlənilir.

Daha ətraflı: www.fin.tech.az

© copyright 2022 | tech.az | info@tech.az