Az | EN

Azərbaycandan getmək hüququ məhdudlaşdırılan borclu şəxslərə SMS xəbərdarlığı tətbiq olunur

Nigar Sultanli
10 İyun 2025 15:31
202 baxış
Azərbaycandan getmək hüququ məhdudlaşdırılan borclu şəxslərə SMS xəbərdarlığı tətbiq olunur

Prezident İlham Əliyev Mülki Prosessual Məcəllədə və “İcra haqqında” qanunda dəyişiklikləri təsdiqləyib. Bu dəyişikliklərə əsasən, ölkədən getmək hüququ məhdudlaşdırılan borclu fiziki şəxslər və hüquqi şəxsin icra orqanının rəhbərlərinə bu barədə məlumat verilməsi qaydası təkmilləşdirilib.

Qanuna görə, məhkəmə qərarı ilə borclunun ölkədən çıxış hüququ müvəqqəti məhdudlaşdırıldıqda, məlumat dərhal “Elektron məhkəmə” sistemindən “Elektron icra” sisteminə ötürülür. Daha sonra “Elektron icra” sistemi vasitəsilə bu məlumat “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminə göndərilir və məhdudiyyət tətbiq olunur.

Borclu şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin adına qeydiyyatda olan mobil telefon nömrəsinə SMS vasitəsilə məlumat verilir.

Hüququn məhdudlaşdırılmasına səbəb olan əsaslar aradan qalxdıqda, bu barədə də məlumat dərhal “Elektron icra” sisteminə daxil edilir və müvafiq avtomatlaşdırılmış sistemə ötürülərək məhdudiyyət ləğv olunur. Ləğv barədə də borcluya SMS vasitəsilə xəbərdarlıq edilir.

© copyright 2022 | tech.az | info@tech.az