Az | EN

Azərbaycanlı tələbələr Trendyolda təcrübə keçiblər

Cəmil Hüseynzadə
04 Yanvar 2024 00:18
595 baxış
Azərbaycanlı tələbələr Trendyolda təcrübə keçiblər

Trendyol Group və Kiber Təhlükəsizlik Platformasının birgə təşkilatçılığı ilə reallaşdırılan peşəkar təlim və təcrübə proqramı keçirilib. 

Trendyol informasiya təhlükəsizliyi şöbəsinin əməkdaşlarının iştirakı ilə ilk gün təlim proqramında, baş verə biləcək hücum planı və yarana biləcək təhdidlərə qarşı dayanıqlılığını təmin olunması istiqamətində bir çox geniş mövzuya toxundular.

Trendyolda təcrübə keçən tələbələr Kiber Təhlükəsizlik Platformasının tələbələdirlər. Kiber Təhlükəsizlik Platforması Azərbaycanda kibertəhlükəsizlik təlimləri keçir. Platformanın tələbələri dünyanın ən nüfuzlu şirkətlərində kibertəhlükəsizlik boşluqları aşkar ediblər. Kiber Təhlükəsizlik Platformasının məzunları ölkənin qabaqcıl şirkətlərində çalışırlar.

© copyright 2022 | tech.az | info@tech.az