Az | EN

Azərbaycanlı təsisçinin startapı - OneDome Britaniyanın Trussle startapını satın aldı

Cəmil Hüseynzadə
01 İyun 2025 14:01
365 baxış
Azərbaycanlı təsisçinin startapı - OneDome Britaniyanın Trussle startapını satın aldı

Britaniyada daşınmaz əmlak və maliyyə texnologiyaları sahəsində fəaliyyət göstərən OneDome şirkəti, tanınmış rəqəmsal ipoteka platforması Trussle-ni satın almaq üçün razılıq əldə edib. Trussle əvvəllər Goldman Sachs kimi nəhəng investisiya bankı tərəfindən dəstəklənmişdi.

Sky News-un əldə etdiyi məlumata görə, OneDome – ipoteka, hüquqi və sığorta xidmətlərini vahid onlayn prosesdə birləşdirən platforma – Trussle-ni ABŞ-da qeydiyyatdan keçmiş Better Home & Finance Trading Company-dən alır. Əməliyyat hazırda Böyük Britaniyanın maliyyə tənzimləyicisinin təsdiqinə gözləyir.

Trussle (Better.co.uk adı ilə fəaliyyət göstərir) 2015-ci ildə yaradılıb və bu müddət ərzində təxminən 30 milyon funt sterlinq vəsait toplayıb. Şirkətin 2021-ci ildəki satışının isə bu məbləğdən xeyli aşağı qiymətlə həyata keçirildiyi bildirilir.

OneDome-un təsisçisi və baş icraçı direktoru Babək İsmayıl açıqlamasında bildirib:

“Trussle mükəmməl komanda qurub və innovasiya ilə müştəriyönümlü yanaşması ilə tanınır. Bizim eyni vizyonumuz var – ev almaq prosesi daha sadə, sürətli və stresssiz olmalıdır. Trussle-in Smartbuyer təklifi bizim mükafatlı HomeBuyer xidmətimizə çox bənzəyir və güclərimizi birləşdirmək bu köhnəlmiş sektoru dəyişdirmək üçün təbii bir addımdır.”

Mənbələrin verdiyi məlumata görə, bu satınalma OneDome-un beşillik planında — Britaniyada bütün ev alqı-satqılarının 10%-də iştirak etmək məqsədinə daha da yaxınlaşmasına imkan yaradacaq.

Birləşmiş şirkət illik 3,5 milyard funt sterlinqdən çox ipoteka kreditləri üzrə əməliyyat aparacaq və ayda təxminən 1,100 daşınmaz əmlak alqı-satqısını həyata keçirəcək. Qrupun ümumi işçi sayı 230 nəfərə yaxın olacaq.

© copyright 2022 | tech.az | info@tech.az