Azərbaycanlı xanım Səmayə Həbibova Amerikada startapın CEO-su təyin edilib. O, E-legal startapının təsisçisi olaraq bir sıra uğurlara imza atmışdır. Onun qurduğu E-legal startapı hüquqi istiqamətdə innovativ həllər təqdim edir.
Səmayə Həbibova 12 il ərzində innovasiyalarda öncül rol oynamış Swift Invention şirkətinin yeni CEO-su olaraq işə başlayıb. Paul Trevithickin IT sahəsindəki 40 illik təcrübəsindən ilhamlanaraq, Həbibova müştərilərə ideyalarını reallaşdırmağında yeni səviyyədə yardım edəcəkdir.
Hazırda şirkət Typescript(React), Python, Java, Scala, Node.js, ML/AI, SQL, MongoDB, REST, iOS və Android tətbiqləri kimi bir sıra texnologiyalarda ixtisaslaşmışd 50-yə yaxın mühəndislə çalışır. Həbibova Trevithickin mirasını davam etdirərək, müştərilərinə istədikləri hədəflərə çatmaqda kömək etmək üçün innovativ proqram təminatı həlləri təqdim etməyi planlaşdırır.
Səmayə Həbibova, ABŞ-ın EB-1A (Einstein Viza) kateqoriyasında viza almış ilk azərbaycanlı qadın sahibkar və hüquqşünasdır.