Bakı Metropolitenində ilk dəfə gediş haqqının bank kartları vasitəsilə təmassız ödənilməsi sistemi işə salınıb. Layihə hazırda pilot mərhələdə “TələbəPlus” kartları üzərindən sınaqdan keçirilir.
İlkin nəticələrə əsasən, sistemin tətbiq olunduğu ilk gündə 21 min uğurlu keçid qeydə alınıb.
Sərnişinlərə xəbərdarlıq olunur ki, balansı olmayan kartlardan istifadə edildikdə kart bloklana bilər. Bu səbəbdən keçiddən əvvəl balansın yoxlanılması tövsiyə edilir.
Sınaq mərhələsində texniki problem yarandığı halda, sərnişinlərə digər ödəniş üsullarından, o cümlədən “BakıKart”dan istifadə etmək məsləhət görülür.
