Az | EN

Pavel Durov “Cocoon” mərkəzləşdirilməmiş Sİ şəbəkəsini təqdim edib

Cəmil Hüseynzadə
29 Oktyabr 2025 18:00
57 baxış
Pavel Durov “Cocoon” mərkəzləşdirilməmiş Sİ şəbəkəsini təqdim edib

Telegram-ın yaradıcısı Pavel Durov Blockchain Life 2025 forumunda süni intellekt hesablamaları üçün yeni mərkəzsiz şəbəkə — Cocoon (Confidential Compute Open Network) layihəsini təqdim edib. Layihənin rəsmi işə salınması 2025-ci ilin noyabrında planlaşdırılır.

Durovun sözlərinə görə, Cocoon inkişaf etdiricilərə Sİ modellərini mərkəzləşdirilmiş məlumat anbarlarına ötürmədən TON blokçeyn üzərində yerləşdirməyə imkan verəcək.

GPU (qrafik prosessor) sahibləri şəbəkənin infrastrukturu üçün hesablama gücü təmin edəcək və TON-un daxili kriptovalyutası Toncoin ilə mükafatlandırılacaqlar. Sİ tətbiqlərinin tərtibatçıları isə daha ucuz hesablama resurslarına çıxış əldə edəcəklər.

Layihə rəsmi startdan öncə artıq GPU sahibləri və Sİ tərtibatçıları üçün qeydiyyat qəbuluna başlayıb. Cocoon-un ilk iri “müştərisi” və əsas dəstəkçisi isə Telegram olacaq.

Durovun sözlərinə görə, Cocoon-un məqsədi dövlətlər və korporasiyaların istifadəçi məlumatlarını toplayaraq manipulyasiya etmək cəhdlərinə qarşı azadlığı qorumaqdır.

“Mərkəzsiz həllər — azadlıqları qorumağın əsas yoludur,” – deyə Durov bildirib.

İlkin mərhələdə şəbəkəyə Private Artificial Intelligence Network (PAIN) adı verilməli idi, lakin daha sonra “Cocoon” adı seçilib. Durov zarafatla bildirib ki, “Cocoon” sözü ingiliscədə ‘kakun’ kimi tələffüz olunsa da, rusdilli auditoriyada fərqli mənalarla assosiasiya yarada bilər — və o, bununla bağlı “memlərə ümid edir.”

© copyright 2022 | tech.az | info@tech.az