Az | EN

Garry Tan: TechCrunch Disrupt vaxt itkisidir

Cəmil Hüseynzadə
29 Oktyabr 2025 17:21
44 baxış
Garry Tan: TechCrunch Disrupt vaxt itkisidir

Y Combinator direktoru: “TechCrunch Disrupt artıq vaxt itkisidir”

Y Combinator-un direktoru Qarri Tan (Garry Tan) hesab edir ki, TechCrunch Disrupt tədbiri artıq keyfiyyətini itirib və vaxt itkisidir. O, bu barədə X (Twitter) hesabında paylaşım edib:

“TechCrunch Disrupt vaxt itkisidir və mən ora gedənləri başa düşmürəm.”

Tanınmış investor a16z-dən Anish Acharya də onun bu fikirləri ilə razılaşıb. İzləyicilər arasında bu açıqlama geniş müzakirələrə səbəb olub – bəziləri Tan-a haqq versə də, bir çoxları onu tənqid edib.

TechCrunch Disrupt ilk dəfə 2010-cu ildə keçirilmiş və dünyanın ən nüfuzlu texnologiya tədbirlərindən birinə çevrilmişdir. Bu vaxta qədər tədbirdə bir çox tanınmış CEO-lar iştirak edib, o cümlədən Pavel Durov, Mark Zuckerberg, Jack Dorsey, Travis Kalanick, Brian Chesky və digərləri.

© copyright 2022 | tech.az | info@tech.az