Az | EN

Bakıda “Startup Cafe” tədbiri keçirilib

Bənövşə Kazımova
02 Fevral 2023 10:18
343 baxış
Bakıda “Startup Cafe” tədbiri keçirilib

31 yanvar tarixində Bakıda SABAH.lab Akselerasiya Mərkəzinin təşkilatçılığı ilə “Startup Cafe” tədbiri baş tutub.

Tədbirdə “PAŞA İnvestments” şirkətinin investisiya üzrə menecer Elnur Bədəlov, "Azeri Express"in icraçı direktoru Şaiq Qəribzadə, "SABAH.Lab" akselerasiya mərkəzinin marketinq üzrə baş mütəxəssis Rahul Dmello, "Moonwake Investments"in investisiya üzrə baş mütəxəssis Mənsur Məmmədov və "Elul Fund"ın icraçı direktoru Saul Orbach ekspert qismində çıxış edərək maraqlı müzakirələr aparıblar.

Ekosistemin qabaqcıl ekspertlərinin iştirak etdiyi tədbirdə startaplar çıxış edib. Tədbirdə iştirakçı qismində çıxış edən startaplara ideyalarını ekspertlər qarşısında təqdim etmək üçün 1 dəqiqəlik vaxt verilib. Tədbir boyunca iştirakçılara ekosistemin ekspert və digər nümayəndələri ilə şəbəkələşmək imkanı yaradılıb.

Spikerlər tədbirdə ekosistemin cari vəziyyəti, həmçinin Fandreyzinqlə bağlı fikirlərini iştirakçılarla bölüşüb, bir-birindən dəyərli təcrübələri barədə danışıblar. 

© copyright 2022 | tech.az | info@tech.az