Az | EN

Bakıdan Silikon Vadisinə tədbiri keçiriləcək

Cəmil Hüseynzadə
01 Noyabr 2025 11:39
45 baxış
Bakıdan Silikon Vadisinə tədbiri keçiriləcək

5 noyabr tarixində Azərbaycan İnnovasiya Mərkəzində SABAH.HUB-ın təşkilatçılığı ilə “Bakıdan Silikon Vadisinə: Qlobal Risk Kapitalı ilə Maliyyələşdirilən Şirkətləri Qurmaq və İnvestisiya Etmək” mövzusunda Fireside Chat sessiyası keçiriləcək. Tədbirdə qlobal startap ekosistemi, risk sərmayəsi (venture capital) və beynəlxalq bazarda uğurlu mövqe tutma strategiyaları müzakirə olunacaq.

Sessiyanın qonaqları Ülvi Rəşid, Traction Fund-un təsisçisi və investisiya direktoru (San-Fransisko, Kaliforniya) və Məmməd Kərim, Caucasus Ventures-in baş tərəfdaşı (Azərbaycan) olacaq. Onlar real təcrübələrinə əsaslanaraq qlobal səviyyədə startapların böyümə mexanizmləri, investorların qərarvermə prinsipləri və yerli ekosistemin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparacaqlar.

Tədbir çərçivəsində iştirakçılar aşağıdakı mövzular ətrafında faydalı biliklər əldə edəcəklər:

  • Azərbaycandan çıxan startapların beynəlxalq uğur nümunələri
  • Silikon Vadisi modelinin yerli innovasiya mühitinə tətbiqi
  • Risk sərmayəsi investorlarının qərarvermə yanaşmaları
  • Spikerlərin şəxsi təcrübələri və praktik tövsiyələri
  • Canlı sual-cavab (Q&A) sessiyası

Qeydiyyatdan keç.

© copyright 2022 | tech.az | info@tech.az