Az | EN

Telegram Həbib Nurməhəmmədovun rəqəmsal kolleksiyasının satışından 4 milyon dollar gəlir əldə edib

Nigar Sultanli
25 Noyabr 2025 16:23
42 baxış
Telegram Həbib Nurməhəmmədovun rəqəmsal kolleksiyasının satışından 4 milyon dollar gəlir əldə edib

Telegram-da Həbib Nurməhəmmədovun məşhur papağının rəqəmsal (virtual) versiyaları hərraca çıxarılıb. Bu satış cəmi bir gün davam edib və nəticə inanılmaz olub: 29 min ədəd virtual papağın hamısı satılıb qurtarıb. Telegram bu satışdan ümumilikdə 4,35 milyon dollar gəlir əldə edib.

Satış "Telegram ulduzları" ilə aparılıb və bir papağın orta qiyməti təxminən 10 min ulduz olub.

Hərrac başlayanda Həbib öz kanalında çox təsirli bir mesaj paylaşıb:

"Bu, sadəcə bir papaq deyil. Bu, bizim kökümüzü, hörməti və nizam-intizamı simvolizə edir. Atam mənə bu papağı verəndə öyrətmişdi ki, əsl güc təkcə qol gücündən yox, həm də adət-ənənəyə bağlılıqdan gəlir. İndi mən də bu dəyəri sizə ötürürəm."

Bu, Telegram-ın ilk belə uğuru deyil. Avqust ayında Pavel Durov Telegram-ın ad günü üçün xüsusi hədiyyələr (məsələn, "Durovun eynəyi") buraxmışdı və həmin hədiyyələr cəmi 15 saniyəyə satılıb qurtarmışdı. Görünən odur ki, insanlar bu cür nadir, limitli rəqəmsal hədiyyələrə böyük maraq göstərirlər.

© copyright 2022 | tech.az | info@tech.az