Beşiktaş JK dünyanın ən populyar mobil oyunlarından biri olan PUBG Mobile ilə rəsmi əməkdaşlıq müqaviləsi imzalayıb. Razılaşmaya əsasən, klubun rəngləri müddətsiz olaraq PUBG Mobile oyununda yer alacaq.
Əməkdaşlıqla bağlı detallı məlumatların açıqlanacağı mətbuat konfransının yaxın dövrdə keçirilməsi planlaşdırılır. Lansmanın tarixi klub tərəfindən ayrıca elan olunacaq.
Qeyd edək ki, PUBG Mobile 2017-ci ildə qlobal fenomenə çevrilən PUBG: Battlegrounds oyunu əsasında hazırlanıb. Oyunda 100-ə qədər oyunçu tərk edilmiş bir adaya paraşütlə enərək “qalib hər şeyi alır” prinsipi ilə mübarizə aparır. İştirakçılar silah, nəqliyyat vasitələri və avadanlıqlar toplayaraq daralan oyun zonasındakı rəqiblərini məğlub etməyə çalışırlar. PUBG Mobile Tencent Games tərkibində fəaliyyət göstərən LIGHTSPEED Studios və KRAFTON, Inc. tərəfindən birgə hazırlanıb.
