Az | EN

Beynəlxalq Oyun Tərtibatçıları Assosiasiyasının Azərbaycan bölməsi açılıb

Cəmil Hüseynzadə
29 Sentyabr 2023 19:12
593 baxış
Beynəlxalq Oyun Tərtibatçıları Assosiasiyasının Azərbaycan bölməsi açılıb

28 sentyabr tarixində IGDA-nın (Beynəlxalq Oyun Tərtibatçıları Assosiasiyası) Azərbaycanda öz bölməsini açmağı səbəbilə tədbir həyata keçirildi.Tədbirə "Gamepons"un həmtəsisçisi və eyni zamanda IGDA Azərbaycan bölməsinin sədri olan İlqar Əlirzayev rəhbərlik etdi.

 Tədbirdə iştirak edənlərə IGDA-nın Azərbaycanda  bölməsinin açılması barəsində məlumat verildi. Bu hadisə ölkəmizdə oyun sənayesinin inkişafı ilə bağlı beynəlxalq əlaqələrin artırılması üçün mühüm əhəmiyyət daşıyır. 
  Tədbirin əsas məqsədi IGDA barədə məlumat paylaşmaq, Azərbaycan ictimaiyyətinə bu assosiasiyaya üzvlük imkanlarını təqdim etmək və gələcək fəaliyyətlər haqqında məlumat verərək bu sahədə maraqlı olan insanları informasiya ilə təmin etmək idi.
 IGDA Azərbaycanın oyun sahəsinə maraq və potensialını artırmaq üçün yerli tərtibatçılara və bu sahədəki layihələrə xüsusi abonəlik sistemi ilə dəstək verəcək. Tədbirdə IGDA-nın ölkəmizə ekskluziv olan abonəlik qiyməti və bundan yararlanma üsulu açıqlandı. Belə ki, IGDA-ya üzv olmaq istəyənlər IGDAAZERBAIJAN promo kodu ile illik abonelik qiymeti 60$-dan 9$-a düşürə biləcək.

© copyright 2022 | tech.az | info@tech.az