Çin kriptovalyuta birjası Binance Cənubi Koreyada yerləşən kriptovalyuta birjası GOPAX-ın böyük hissəsini satın alıb.
Binance Baş Əməliyyat Direktoru Yibo Linqin verdiyi açıqlamaya görə, noyabr ayında yaşadığı problemlər nəticəsində müəyyən əməliyyatlardan uzaqlaşdırılan GOPAX üçün mühüm addım atılıb. Bu addımla Binance Koreya birjasını bazara qaytarmağı hədəfləyir.
GOPAX-ın ana şirkəti Streami iflas etmiş Genesis-in ən böyük kreditorları arasında idi. Bu vəziyyət kriptovalyuta birjasının fəaliyyətində də özünü göstərirdi.
Qeyd edək ki, satınalmanın şərtləri açıqlanmayıb. Həmçinin Binance GOPAX-ın fəaliyyətini davam etdirə bilməsi üçün ona kapital köçürməyi da planlaşdırır.