Az | EN

Biotexnologiya startapı Atomic AI 35 milyon dollar investisiya alıb

Bənövşə Kazımova
27 Yanvar 2023 13:21
304 baxış
Biotexnologiya startapı Atomic AI 35 milyon dollar investisiya alıb

Biotexnologiya startapı Atomic AI Playground Global-ın rəhbərlik etdiyi investisiya turunda 35 milyon dollar investisiya alıb. ABŞ-da yerləşən startapın Seriya A investisiya raundunun digər iştirakçıları arasında Factory HQ, 8VC, Greylock, AME Cloud Ventures, NotBoring və GitHub-ın keçmiş baş direktoru Nat Fridman, Curai şirkətinin baş direktoru Neal Khosla Doug Mohr və Arc Institute-un həmtəsisçisi Patrik Hsu yer alıb. 

Rafael Taunşend tərəfindən təsis edilən startapın aldığı ümumi investisiya məbləği bununla 42 milyon dollara çatıb.

2021-ci ilin may ayında fəaliyyətə başlayan startap əsas diqqətini dərmanların istehsalına yönəldib. O, süni intellekt texnologiyasından istifadə edərək RNT əsaslı dərmanların istehsalı üzərində işləyir. RNT-nin funksional olduğuna inanan Rafael Taunşend bunu bir müalicə üsulu olaraq faydalı ola biləcəyini düşünür.

Çünki RNT-nin əsas vəzifəsi zülal sintezini həyata keçirməkdir. RNT zülal sintezi üçün lazım olan məlumatların qəbuledicidən donora ötürülməsini və kopyalanmasını təmin edərək genetik kod məlumatını ötürür. Başqa sözlə desək, RNT insan orqanizmindəki bir çox bioloji hadisələrdə mühüm rola malikdir.

© copyright 2022 | tech.az | info@tech.az