Az | EN

Bitcoin-in qiyməti 16 min dollardan aşağı düşüb 

Bənövşə Kazımova
14 Noyabr 2022 11:03
344 baxış
Bitcoin-in qiyməti 16 min dollardan aşağı düşüb 

Bitcoinin qiyməti ucuzlaşmaqda davam edir və bazar ertəsi səhər 5,5% də azalaraq 16 min dollar səviyyəsindən də aşağı düşüb.

tech.az marja.az-a istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 10:20-də Bitcoin 15 min 898 dollardan ticarət olunub.

Bitcoin və bir çox kriptovalyutalar FTX birjasının iflası fonunda ucuzlaşırlar. Ötən çərşənbə axşamından bəri kriptovalyutaların bazar dəyəri 20%-dən çox düşüb. Kriptovalyuta bazarının kapitallaşması 1 trilyon dollardan təxminən 800 milyard dollara geriləyib.

© copyright 2022 | tech.az | info@tech.az