Az | EN

Bu il Azərbaycana idxal olunan smartfonların sayı açıqlanıb

Bənövşə Kazımova
06 Aprel 2023 14:24
342 baxış
Bu il Azərbaycana idxal olunan smartfonların sayı açıqlanıb

2023-cü ilin yanvar ayında Azərbaycana 17 milyon 48,9 min dollar dəyərində 69 min 362 ədəd smartfon idxal edilib.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu il ölkəmzə gətirilən smartfonların 66%-i Çindən idxal edilib. Belə ki, cari ilin yanvar ayında Çindən Azərbaycana 11 milyon 57 min dollar dəyərində 45 min 743 ədəd smartfon gətirilib.

Əlavə edək ki, Azərbaycana gətirilən smartfonların 15,5%-i - 10 min 760 ədədi olmaqla Hindistandan, 18,5%-i 12 min 858 ədəd smartfon isə Vyetnamdan idxal edilib.

© copyright 2022 | tech.az | info@tech.az