“İllik İnnovasiya Sammiti”ndə Azərbaycan startapları da iştirak ediblər. Bu startaplardan biri də “E-Legal”dır. “E-Legal” Azərbaycanda ilk dəfə bütün hüquq xidmətlərini elektron şəkildə vahid platformada birləşdirir. Platforma çərçivəsində vaxta və xərclərə qənaət edərək məhkəməyə müraciət üzrə bütün xidmətlərdən yararlanmaq mümkündür. Həmçinin "E-Legal"da hər hansısa bir şirkətin yaradılması, idarə edilməsi, həmçinin şirkətin yenidən təşkili ilə bağlı hüquq xidmətlərini əldə etmək olar.