Az | EN

Caspian Innovation Center SOCAR Tech adı ilə fəaliyyətini davam etdirəcək

Cəmil Hüseynzadə
10 Avqust 2026 22:28
105 baxış
Caspian Innovation Center SOCAR Tech adı ilə fəaliyyətini davam etdirəcək

Caspian Innovation Center yeni mərhələyə keçir. Qurum bundan sonra fəaliyyətini SOCAR Tech brendi altında davam etdirəcək.

Yeni ad və vizual kimliyin təqdim olunması yalnız rebrendinq dəyişikliyi ilə daha soməhdudlaşmır. SOCAR Tech-in əsas məqsədi SOCAR və onun ekosistemi üçün texnologiya, rəqəmsallaşma və innovasiya istiqamətində yaradılan dəyəri vahid brend altında təqdim etməkdir.

Şirkətin açıqlamasına görə, Caspian Innovation Center adı altında illər ərzində formalaşdırılan təcrübə, komanda və texnoloji ekspertiza SOCAR Tech brendi altında inkişaf etdiriləcək.

Yeni brend kimliyi qurumun daha geniş ambisiyalarını və texnologiya vasitəsilə biznesə daha çox dəyər yaratmaq hədəfini əks etdirir.

Beləliklə, Caspian Innovation Center adı dəyişsə də, komanda və formalaşdırılmış texnoloji ekspertiza SOCAR Tech çətiri altında fəaliyyətini davam etdirəcək.

© copyright 2022 | tech.az | info@tech.az