Az | EN

Caucasus Ventures 3 startapa investisiya edib

Cəmil Hüseynzadə
21 Fevral 2024 15:35
933 baxış
Caucasus Ventures 3 startapa investisiya edib

Azərbaycanın ilk vençur fondu Caucasus Ventures daha üç startapa investisiya edib. Fondun bu dəvəki investisyaları xarici startaplaradır. Belə ki, 3 startapdan biri Ukranya, biri Türkiyə (Niderland) biri isə Amerika mərkəzlidir. Caucasus Ventures PLATMA, Inversion Art, Agcurate startaplarına investisiya edib. 

İnvestisiya edilən startaplardan Agcurate startapının həmtəsisçisi həmyerlimiz Mətin Əmrullahi və Osman Baytaroğludur. Kənd təsərrüfatı biznes kəşfiyyatı platforması olan Agcurate peyk şəkilləri və maşın öyrənmə alqoritmlərindən istifadə edərək il ərzində kənd təsərrüfatı sahələrini müşahidə edir və tarlalarda becərilən məhsulu və məhsulun məhsuldarlığını aşkar edir. Platforma bu məlumatları rayon, əyalət, ölkə kimi müxtəlif detallarda və asan başa düşülən şəkildə təqdim edir.

PLATMA Ukranya startapıdır. Startap sadə ingiliscə kodlaşdırma sistemi və hazır şablonlar təklif edən, saniyələr ərzində nəticələr əldə etməyə imkan verən Extreme No-Code Development proqramıdır. 

Inversion Art rəssamlara ən böyük işlərini yaratmağa diqqət etmələri üçün lazım olan bilik, əlaqələr və əməliyyat dəstəyi vermək üçün investisiya sürətləndirici proqramını rəssam xidmətləri agentliyi ilə birləşdirir. Startap Los-Anceles mərkəzlidir.

Bu investisiyalar ilə Caucasus Ventures portfoliosundakı startapların sayı 18-ə çatdırıb. Həmçinin fondun ümumi investisiya miqdarı 1 milyon manatı ötüb.

© copyright 2022 | tech.az | info@tech.az