Az | EN

Caucasus Ventures 3 startapa investisiya edib

Cəmil Hüseynzadə
12 Fevral 2026 16:08
60 baxış
Caucasus Ventures 3 startapa investisiya edib

Caucasus Ventures 3 yeni startapa investisiya edib. Fond bununla da startapların sayını 32-yə çatıdrıb.

Azərbaycanlı startap Lilitopia təhsil texnologiyaları sahəsində fəaliyyət göstərir və uşaqlar üçün yaradıcılıq, tənqidi düşüncə və gələcək bacarıqlarına fokuslanan platforma təqdim edir.

Digər yerli layihə FROMFOLIO isə sənaye dizaynı sahəsində fəaliyyət göstərən mütəxəssislər üçün qlobal bazara çıxış imkanı yaradan platformadır. Şirkət dizaynerlərin işlərini nümayiş etdirməsinə və kommersiyalaşdırmasına şərait yaradır.

Fond həmçinin ABŞ-da fəaliyyət göstərən Positron AI-a da investisiya edib. Bu, Caucasus Ventures üçün 1517 Fund ilə birgə həyata keçirilən ilk SPV (xüsusi investisiya strukturu) əməliyyatı olub.

Caucasus Ventures-in kapitalı 11.3 milyon manatdır. Fonda İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi 5 milyon manat, “PAŞA Holdinq” Şirkətlər Qrupu 5 milyon manat və fərdi sahibkarlar isə 1.3 milyon manat yatırım ediblər. Fondun “General Partner”i Məmməd Kərimdir. Caucasus Ventures yatırım bilet həcmi 50-200 min dollardır.

© copyright 2022 | tech.az | info@tech.az