Beynəlxalq investorlar uzun müddətdir izlədikləri və uğurla inkişaf edən Iomete startapın “Caucasus Ventures”dən investisiya alıb.
Iomete məlumat dünyasında inqilabi dəyişikliklər etməyə çalışan startap olaraq, təşkilatlara idarəetmə və qərar qəbul etmə proseslərini təkmilləşdirmək üçün innovativ həllər təklif edir. Startapın təqdim etdiyi həllər, məlumatların düzgün idarə olunması və analitik potensialın maksimum dərəcədə istifadəsi ilə fərqlənir. Bu da təşkilatların tam potensialını ortaya çıxarmalarına kömək edir.
Bu investisiya qərarını daha da maraqlı edən bir fakt isə, Iomete startapının təsisçisi Vüsal Dadalov Y Combinator məzunu olan ilk azərbaycanlı olmasıdır. Y Combinator dünyanın ən nüfuzlu startap akseleratorlarından biri kimi tanınır və bu proqramdan məzun olmaq, hər bir sahibkar üçün böyük bir uğur sayılır. Oraya qəbul olmaq Harvard Universitetinə qəbul olmaqdan daha çətindir. Y Combinator-a qəbul faizi təxminən 1.5% - 3% arasında dəyişir. Harvard Universitetinə qəbul isə təxminən 4%-5% civarındadır.
Vüsal Dadalov proqram mühəndisliyi sahəsində geniş təcrübəyə malikdir və həm yerli, həm də beynəlxalq miqyasda tanınmış şirkətlərlə uğurlu əməkdaşlıqlar qurmuşdur. Onun rəhbərliyi altında Iomete kritik məlumat problemlərinin həlli üçün yeni yanaşmalar təqdim edir və məlumat idarəçiliyi sahəsində mühüm dəyişikliklər etməyə hazırdır.
İnvestorlar bu layihəni dəstəkləməkdən böyük məmnunluq duyduqlarını bildirirlər və Iomete-nin gələcəkdə böyük uğurlar qazanacağına əmin olduqlarını vurğulayırlar.
Beləliklə, Iomete-nin yeni maliyyə dəstəyi ilə fəaliyyətini genişləndirərək, daha böyük layihələrə imza atacağı gözlənilir. Vüsal Dadalov və onun komandası üçün isə bu investisiya, gələcəkdə yeni hədəflərə çatmaq üçün əhəmiyyətli bir addım olacaq.
O, startap qurana qədər Azercell, OLX, Careem və Uber kimi şirkətlərdə çalışıb. Daha sonra Uber-dəki işini tərk edərək Iomete startapını qurub.
Caucasus Ventures-in kapitalı 11.3 milyon manatdır. Fonda İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi 5 milyon manat, “PAŞA Holdinq” Şirkətlər Qrupu 5 milyon manat və fərdi sahibkarlar isə 1.3 milyon manat yatırım ediblər. Fondun “General Partner”i Məmməd Kərimdir. Caucasus Ventures yatırım bilet həcmi 50-200 min dollardır.