Az | EN

ChatGPT 2025-ci ildə App Store-da ən çox yüklənən tətbiq oldu

Nigar Sultanli
11 Dekabr 2025 10:58
77 baxış
ChatGPT 2025-ci ildə App Store-da ən çox yüklənən tətbiq oldu

Apple şirkəti 2025-ci ilin yekunlarına əsasən App Store-da ən populyar tətbiqlərin siyahısını açıqlayıb. Siyahıya ChatGPT liderlik edir. İstifadəçilərin marağı sayəsində bu tətbiq rəqiblərini geridə qoyaraq liderliyi ələ alıb. İkinci yerdə Meta-ya məxsus Threads, üçüncü yerdə isə Google qərarlaşıb.

İlk onluğa daxil olan digər tətbiqlər arasında TikTok, WhatsApp, Instagram, YouTube, Google Maps və Gmail yer alır. Maraqlıdır ki, Google-un digər süni intellekt köməkçisi Gemini də ən çox yüklənənlər siyahısına düşməyi bacarıb.

OpenAI-ın hazırladığı bu çat-botun qısa müddətdə necə sürətlə populyarlaşdığı diqqət çəkir. Belə ki, ChatGPT 2023-cü ildə heç ilk onluğa belə düşə bilməmişdi. 2024-cü ildə isə Çinin Temu ticarət platformasından geri qalaraq yalnız dördüncü yeri tutmuşdu. İndi isə süni intellektə olan qlobal tələbat mənzərəni tamamilə dəyişib və onu zirvəyə daşıyıb.

© copyright 2022 | tech.az | info@tech.az