Son dövrün ən çox danışılan süni intellekt çatbotlarından biri olan ChatGPT artıq Apple Watch modellərində də istifadə edilə bilər.
Belə ki, WatchGPT adlı proqram sizə ChatGPT-dən birbaşa saatınızdan istifadə etməyə imkan verir. ChatGPT-ni Apple ağıllı saatlarına gətirən WatchGPT həmçinin söhbətlərinizi sms, e-poçt və ya sosial media platformaları vasitəsilə ChatGPT ilə paylaşmağa imkan verir.
ChatGPT hazırda bir suala cavab versə də, proqramın tərtibatçısı gələcək yeniləmələrlə sualların sayını artıracağını bildirib.
Onu da əlavə edək ki, App Store-dan endirilə bilən WatchGPT tətbiqi üçün 4 dollar ödəniş tələb olunur.