Az | EN

ChatGPT-ə yeni rəqib gəlir!

Fidan Abbaszadə
24 May 2023 10:28
317 baxış
ChatGPT-ə yeni rəqib gəlir!

Süni intellekt trendini başladan ChatGPT-ə yeni rəqiblər gəlməyə davam edir. Intel bu rəqiblərdən biridir. Ancaq onlar tam olaraq eyni funksiyada deyillər.
ChatGPT əsasən gündəlik ehtiyaclar üçün istifadəçiləri cavablayan süni intellektdir. İnternetdə pulsuz istifadə edə biləcəyiniz müəyyən məlumat axınına sahib olan ChatGPT 2021-ci ildən etibarən gündəlik istifadəçi ehtiyaclarını qarşılayır. Hərfi mənada olmasa da, çətin riyaziyyat məsələlərini həll etmək, mövzu ilə bağlı mətn hazırlamaq və xarici dilə tərcümə etmək kimi işləri yerinə yetirir.

Ancaq Aurora genAI süni intellekt modelinə gəldikdə isə vəziyyət fərqlidir. Aurora genAI gündəlik deyil, elm dünyası üçün istifadəçi ehtiyaclarını qarşılayacaq. İlk növbədə 1 milyon parametrin yüklənəcəyi Aurora genAI elm aləmi ilə bağlı suallara cavab axtarmağa kömək edəcək. ChatGPT-nin 175 milyon parametri ilə müqayisədə Aurora genAI 5,75 dəfə böyük modeldir.

Megatron və DeepSpeed-in təməlləri üzərində qurulan Aurora genAI-a ümumi mətn, elmi mətnlər və məlumatlar ilə bağlı kodlar üzrə təlim keçiləcək. O, həmçinin aşağıdakı sahələrə də diqqət yetirəcək:

Sistem Biologiyası
Xərçəng araşdırması
İqlim Elmi
Kosmologiya
Polimer Kimyası və Materialları

Aurora genAI-nin bütün istifadəçilər üçün açıq olub-olmayacağı və ya universitetlər və laboratoriyalar kimi qurumlar tərəfindən istifadə edilib-edilməyəcəyi hələlik bəlli deyil.

© copyright 2022 | tech.az | info@tech.az