Az | EN

ChatGPT-nin aktiv istifadəçi sayı 700 milyonu ötüb

Nigar Sultanli
05 Avqust 2025 14:20
69 baxış
ChatGPT-nin aktiv istifadəçi sayı 700 milyonu ötüb

Mart ayında GPT-4 əsasında hazırlanmış şəkil yaratma xüsusiyyəti əlavə olunandan sonra ChatGPT-yə maraq daha da yüksəlib. OpenAI-nin ChatGPT üzrə vitse-prezidenti Nik Törli bildirib ki, mart sonunda tətbiqin həftəlik aktiv istifadəçi sayı 500 milyona çatıb və bu göstərici keçən ilə müqayisədə 4 dəfə çoxdur.

Nik Törli qeyd edib ki, hər gün fərdi istifadəçilər və komandalar ChatGPT-dən öyrənmək, yaratmaq və mürəkkəb problemləri həll etmək üçün faydalanırlar. O, qarşıda şirkət üçün mühüm bir həftənin olduğunu və tətbiqin inkişafına dəstək verən komandaya təşəkkürünü bildirib.

ChatGPT-yə əlavə olunan yeni şəkil yaratma funksiyası istifadəçi fəallığını daha da artırıb. OpenAI-nin əməliyyatlar üzrə rəhbəri Brad Lightcap bildirib ki, apreldə bir neçə gün ərzində 130 milyon istifadəçi 700 milyondan çox şəkil yaradıb.

Sensor Tower şirkətinin son hesabatına görə, istifadəçilər ChatGPT tətbiqindən ayda orta hesabla 12 gündən çox istifadə edir. Bu göstərici ChatGPT-ni Google və X (keçmiş Twitter) kimi məşhur tətbiqlərdən sonra ən çox istifadə olunan tətbiqlərdən biri kimi göstərir.

 

© copyright 2022 | tech.az | info@tech.az