Az | EN

CIA Çinliləri xüsusi platforma ilə işə dəvət edib

Cəmil Hüseynzadə
16 Yanvar 2026 14:26
51 baxış
CIA Çinliləri xüsusi platforma ilə işə dəvət edib

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) sosial şəbəkələrdə qeyri-adi videoçarxlar yayımlayıb. Videolar əsasən Çin auditoriyasına yönəlib və Mandarin dilində hazırlanıb. Paylaşımlarda hökumət strukturlarında çalışan və ya məxfi məlumatlara çıxışı olan şəxslərə ABŞ kəşfiyyatı ilə təhlükəsiz şəkildə əlaqə qurmaq barədə çağırışlar yer alır.

Videoçarxlarda anonimliyə və şəxsi təhlükəsizliyə xüsusi diqqət yetirilir, CIA ilə əlaqə üçün addım-addım təlimatlar təqdim olunur. Mütəxəssislərin fikrincə, bu kampaniya ABŞ və Çin arasında artan geosiyasi gərginlik fonunda kəşfiyyat rəqabətinin yeni mərhələyə keçdiyini göstərir.

CIA-nın bu addımı sosial mediada geniş müzakirələrə səbəb olub və beynəlxalq ictimaiyyətin diqqətini çəkib.

© copyright 2022 | tech.az | info@tech.az