Az | EN

Çin elektirkli avtomobillərin istehsalını azaldır

Cəmil Hüseynzadə
02 Mart 2026 13:35
53 baxış
Çin elektirkli avtomobillərin istehsalını azaldır

Çin hökuməti və sənaye rəsmilərinin Pekində keçirilən illik “iki sessiya” toplantıları – Ümumçin Xalq Nümayəndələri Konqresi (NPC) və Çin Xalq Siyasi Məşvərət Konfransı (CPPCC) çərçivəsində elektromobil (EV) istehsalının nəzarət altına alınmasını və texnoloji yenilənmələrin prioritetləşdirilməsini müzakirə edəcəyi gözlənilir. Bu barədə analitiklər məlumat veriblər.

Məlumata görə, ötən il tənzimləyici qurumlar deflyasiya təzyiqlərini azaltmaq məqsədilə avtomobillərin maya dəyərindən aşağı satılmasını qadağan edib və təchizatçılara ödənişlərin gecikdirilməsinə qarşı tədbirlər görüblər.

China Association of Automobile Manufacturers təşkilatının açıqlamasına əsasən, Çin ötən il 16 milyondan çox elektromobil istehsal edib və satıb. 2025-ci ildə isə ölkədə ümumi avtomobil istehsalı 10,5% artaraq 34,5 milyon ədədə çatıb.

Analitiklərin sözlərinə görə, ümumi illik istehsal gücü təxminən 50 milyon ədəd qiymətləndirilir. JPMorgan bankının nümayəndəsi Nik Lai ötən ilin oktyabrında bildirib ki, bəzi zavodlarda milyonlarla avtomobil istehsal etmək gücü olsa da, onların bir qismi hələ tikinti mərhələsindədir.

Digər tərəfdən, Deutsche Bank yanvar ayında ümumi avtomobil satışlarının – həm elektromobil, həm də benzinlə işləyən nəqliyyat vasitələri daxil olmaqla – bu il 5% azalacağını proqnozlaşdırıb.

UBS bankının analitiki Pol Qonq isə yanvarda bildirib ki, elektromobil tədarüklərinin illik müqayisədə təxminən 8% artacağı gözlənilir. Lakin bu artım tempi 2025-ci ildə qeydə alınan 28,2%-lik yüksəlişlə müqayisədə daha zəif olacaq.

© copyright 2022 | tech.az | info@tech.az