İndoneziyanın Rabitə və Rəqəmsal İşlər Nazirliyi (Komdigi) ölkədə artan oyun asılılığı probleminə qarşı yeni təşəbbüs irəli sürüb. Nazirlik tərəfindən aparılan araşdırmalara əsasən, bəzi nümunələrdə orta məktəb şagirdlərinin təxminən 33–39 faizi orta və ya ağır dərəcəli oyun asılılığından əziyyət çəkir.
Nazir Meutya Hafid-in CNN Indonesia-ya verdiyi açıqlamaya görə, qlobal miqyasda oyun asılılığı əhalinin təxminən 1,96–3 faizini əhatə edir. Risk qrupuna əsasən kişi yeniyetmələr və gənc yetkinlər daxildir.
Problemin həlli istiqamətində Komdigi DARA adlı çoxplatformalı məxfi məsləhət xidməti istifadəyə verib. Yeni platforma uşaqlara və ailələrə oyun asılılığının idarə olunması və psixoloji dəstək göstərilməsi məqsədi daşıyır.
Bazar araşdırma şirkəti Sensor Tower-un məlumatına görə, 2025-ci ildə indoneziyalılar mobil tətbiqlərdə ümumilikdə 414 milyard saat vaxt keçiriblər. Bu göstərici ilə İndoneziya 1,2 trilyon saatla birinci yerdə qərarlaşan Hindistandan sonra ikinci yeri tutur.
