Süni intellekt bu gün çox populyarlaşıb. Xüsusilə, indiki vaxtda ChatGPT kimi çatbotların populyarlaşması süni intellekt bazarına marağı artırıb.
Qlobal bazar araşdırması şirkəti International Data Corporation (IDC) hesabatına görə, Çində süni intellektin bazar dəyərinin 2026-cı ilə qədər 26,44 milyard ABŞ dollarına çatacağı gözlənilir. 2023-cü ildə ölkədə süni intellekt bazarına ayrılan xərclərin 14,75 milyard ABŞ dollarına çatacağı və dünya ümumi həcminin təxminən 10 faizini təşkil edəcəyi təxmin edilir.
Hesabatda Çinin süni intellekt bazarının mürəkkəb illik artım tempinin 2021-2026-cı illərdə 20 faizi keçəcəyi proqnozlaşdırılır.