İlon Maska məxsus peyk internet xidməti Starlink 25 may 2026-cı ildən etibarən rəsmi olaraq Qırğızıstanda fəaliyyətə başlayıb. Ölkədə xidmətin tərəfdaşı olan “Elkat” şirkəti layihənin artıq aktiv mərhələyə keçdiyini açıqlayıb. Starlink-in rəsmi saytında da Qırğızıstan xidmətin əlçatan olduğu ölkələr siyahısına əlavə edilib.
Məlumata görə, fərdi istifadəçilər üçün aylıq abunə qiyməti 10 min somdan başlayır. “Starlink Mini” avadanlıq dəstinin qiyməti isə 36 min som təşkil edir.
Qeyd edək ki, Starlink 2026-cı ilin fevralında Tacikistanda, 2025-ci ildə isə Qazaxıstan və Azərbaycanda istifadəyə verilmişdi.
