Az | EN

Tramp Sİ əvəzinə səhvən suşi restoranına milyon DOLLARLAR İNVESTİSİYA EDİB

Cəmil Hüseynzadə
25 May 2026 15:28
49 baxış
Tramp Sİ əvəzinə səhvən suşi restoranına milyon DOLLARLAR İNVESTİSİYA EDİB

ABŞ prezidenti Donald Tramp süni intellekt şirkətinə yatırım etmək istəyərkən səhvən suşi restoranları şəbəkəsinə milyonlarla dollar investisiya edib.

Məlumata görə, Tramp ABŞ-da fəaliyyət göstərən “Kura Sushi USA” şirkətinin səhmlərinə 1–5 milyon dollar arasında yatırım edib. Şirkət ölkə üzrə 91 restoran idarə edir.

Sosial şəbəkələrdə istifadəçilər hesab edir ki, Tramp və ya komandası “Kura” brendini süni intellekt bumundan qazanan Yaponiyanın “Fujikura” texnologiya şirkəti ilə səhv salıb. “Fujikura” hazırda AI infrastrukturu üçün avadanlıq istehsal edən sürətlə böyüyən şirkətlərdən biridir.

Qeyd olunur ki, Tramp son dövrlər Nvidia, Apple və Dell kimi texnologiya nəhənglərinin səhmlərini aktiv şəkildə alırdı. Bu səbəbdən AI sektoruna yatırım məntiqli görünsə də, suşi restoranlarına investisiya sosial mediada istehza ilə qarşılanıb.

Hadisədən sonra “Kura Sushi” şirkətinin səhmləri 5,4% bahalaşıb. “Fujikura” səhmləri isə son həftədə 45%-dən çox ucuzlaşıb.

Tramp tərəfi isə hələlik investisiyanın səhv olub-olmaması barədə rəsmi açıqlama verməyib.

© copyright 2022 | tech.az | info@tech.az