Az | EN

Çinin yeni addımı növbəti çip böhranına səbəb olacaq

Cəmil Hüseynzadə
05 İyul 2023 13:35
424 baxış
Çinin yeni addımı növbəti çip böhranına səbəb olacaq

Avqustun 1-dən “milli təhlükəsizliyin qorunması” və strateji maraqların qorunması məqsədilə Çin Xalq Respublikasının Ticarət Nazirliyi qalium və germaniumun ixracına məhdudiyyətlər qoyur . Bu metallar yüksək texnologiyalı sənayelər, o cümlədən yarımkeçiricilər istehsalı üçün çox vacibdir. Analitiklər bu addımı ABŞ-ın Çinin texnoloji tərəqqini cilovlamaq üçün atdığı addımlara cavab kimi qiymətləndirirlər.

Bu xəbər dünya bazarında güclü reaksiyaya səbəb olub. Bəzi ABŞ şirkətləri artıq investorlara ixrac lisenziyalarının alınması üzərində işlədikləri barədə məlumat veriblər. Lakin bu proses iki aya qədər davam edə bilər ki, bu da istər-istəməz çatdırılmalarda gecikmələrə səbəb olacaq.

Mütəxəssislər yarımkeçiricilərin maya dəyərinin kəskin artması barədə xəbərdarlıq edirlər, çünki bu metalların əsas həcmi Çində istehsal olunur və digər ölkələr yaranan çatışmazlığı tez bir zamanda ödəyə bilməyəcəklər.

© copyright 2022 | tech.az | info@tech.az