Az | EN

Çinin yeni kosmik gəmisi orbitə göndərilib

Bənövşə Kazımova
30 Dekabr 2022 11:23
300 baxış
Çinin yeni kosmik gəmisi orbitə göndərilib

Çinin bu dəfə də “Şiyan-10-02” adlı eksperimental kosmik gəmisini orbitə çıxardığı bildirilib. Bu barədə məlumat Çin Aerokosmik Elm və Texnologiya Korporasiyası (CASC) tərəfindən yayılıb.

Korporasiyanın yaydığı məlumatda qeyd olunub ki, oeyki olan CZ-3B raketi Siçuan əyalətindəki Siçuan kosmodromundan orbitə göndərilib.

Onu da əlavə edək ki, peykin orbitə buraxılması 2022-ci il üzrə Çin üçün sonuncu buraxılış olub. Qurğunun orbitdə yeni texnologiyaların sınaqdan keçirilməsi üçün istifadə olunacağı ehtimal olunu.

© copyright 2022 | tech.az | info@tech.az