Az | EN

CulTech Hakaton: Texnologiya və Mədəniyyətin Qovşağında Yeni Fikirlər

Nigar Sultanli
23 İyul 2025 13:39
525 baxış
CulTech Hakaton: Texnologiya və Mədəniyyətin Qovşağında Yeni Fikirlər

Bakıda keçirilən CulTech Hakatonu uğurla başa çatdı! 74 komanda arasından seçilən yalnız 16 komanda, 48 saat ərzində texnologiya və yaradıcılığın müxtəlif istiqamətində ideyalarını inkişaf etdirərək layihələrini təqdim etdilər.

İştirakçılar hakaton müddətində 5 fərqli istiqamət üzrə mentorların dəstəyi ilə innovativ və sosial əhəmiyyətli məhsullar üzərində çalışdılar. Mədəniyyət, incəsənət, texnologiya və cəmiyyətin kəsişməsində yaradılan bu layihələr jüri tərəfindən yüksək qiymətləndirildi.

Mentorlar

• Tural Salmanov - Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos) - İnnovasiyalar üzrə mütəxəssis

• Səhər Qədimli – PAŞA Kapital Rəqəmsal Marketinq üzrə Baş Mütəxəssis

• Günay Əliyeva  – Expressbank Rəqəmsal məhsullar üzrə dizayner

• Ruslan Ağakişiyev – IKTEX MMC Proqram Təminatı Mühəndisi, Texniki Rəhbər

• Elman İsmayılov – PAŞA Həyat UX/UI Dizayner

Münsif Heyəti

Final layihələri aşağıdakı nüfuzlu münsif heyəti tərəfindən qiymətləndirildi:

• Zaur Darabazadə – Cinemastercardın İdarə Heyətinin Sədri

• Ramil Məhərrəmov – Bolt Azərbaycanın Baş Əməliyyat Meneceri

• Ülvi Aslanov – Code Academy-nin İcraçı Direktoru

• Orxan Kərim – Endorphin Agentliyinin Təsisçisi

• Aynur Fərəcova – NeuroPlus Neyromarketiq və Süni İntellekt Agentliyinin Təsisçisi

Qaliblər və Hədiyyələr

Sonda isə ən yaxşı nəticə göstərmiş 3 komanda texnoloji hədiyyələrlə mükafatlandırıldı:

1-ci yer: SnapBite  I Qulaqlıq 

2-ci yer: CulturalClan I Ağıllı saat

3-cü yer: Team Təkəldüz I Ağıllı Dinamik

Qeyd edək ki, “CulTech” layihəsi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, Mədəni və Yaradıcı Sənayelərin İnkişaf Mərkəzinin dəstəyi və SUP VC şirkətinin təşkilatçılığı ilə gerçəkləşdirilir.

Layihə gənclərin yaradıcılığını, komandada işləmə bacarığını və texnoloji potensialını ortaya çıxararaq, gələcəyin dəyişiklik yaradan fərdlərini formalaşdırmağı hədəfləyir.

© copyright 2022 | tech.az | info@tech.az