Az | EN

Daxili İşlər Orqanlarında süni zəka texnologiyalarının tətbiqi üçün 4 milyon manatlıq vəsait ayrılacaq

Cəmil Hüseynzadə
20 Oktyabr 2025 13:51
66 baxış
Daxili İşlər Orqanlarında süni zəka texnologiyalarının tətbiqi üçün 4 milyon manatlıq vəsait ayrılacaq

Daxili İşlər Nazirliyinin Baş İnformasiya-Kommunikasiya İdarəsi “İktex” MMC ilə 4 milyon manatlıq müqavilə imzalayıb. Müqaviləyə əsasən, nazirlikdə süni zəka texnologiyalarının tətbiqi xidmətləri satın alınacaq. Sazişin ümumi dəyəri 3 995 244 AZN təşkil edir.

Layihə çərçivəsində analitik hesabatların hazırlanması, metodoloji baza və tövsiyələrin sənədləşdirilməsi nəzərdə tutulur. Xidmətlər həm yerli, həm də beynəlxalq səviyyədə elmi-məsləhət dəstəyi təmin edərək, Daxili İşlər Orqanlarında süni zəka strategiyasının hazırlanması və icrasına dəstək verəcək. Layihəyə tanınmış alimlər, sahə üzrə professorlar və təcrübəli texnoloji ekspertlər cəlb olunacaq.

Qeyd edək ki, elan olunan tenderin ehtimal olunan qiyməti 6 658 740 manat idi və müqavilə təxminən iki dəfə ucuz qiymətə bağlanıb.

© copyright 2022 | tech.az | info@tech.az