Az | EN

Dogecoin bir treyderə 30 dəqiqədə 1 milyon dollar qazandırıb

Səbinə Eyvazova
11 Aprel 2023 13:10
437 baxış
Dogecoin bir treyderə 30 dəqiqədə 1 milyon dollar qazandırıb

İlon Mask Twitter-dəki “quş” loqosunu Dogecoin ilə əvəz etdikdən sonra, Dogecoin-un qiyməti bir gündə 30 faizdən çox artıb. Beləliklə, DOGE-un qiymətinin $0.10 səviyyəsinə çatması çox çəkməyib. Bu yaxınlarda isə “Tree of Alpha” adı ilə tanınan kriptovalyuta treyderi Twitter loqosunun Dogecoin loqosu ilə əvəz olunduğunu görərək hərəkətə keçib. Anonim treyder Twitter loqosunun dəyişməsini kimsə bu məlumatı Discord mesajlaşma platformasında paylaşan zaman görüb. Daha sonra xəbərin bütün tanınmış media orqanları tərəfindən dərc olunması onu DOGE-u almağa vadar edib.

Treyder üç mərhələli alış edib. İlkin olaraq 3 milyon dollar, sonra 2 milyon dollar və nəhayət 3 milyon dollarlıq alış edib. O, “The Block”a müraciət edərək ümumilikdə 8 milyonluq alışdan 30 dəqiqə ərzində 1,1 milyon dollar qazandığını bildirib.

© copyright 2022 | tech.az | info@tech.az