Dron texnologiyalarına fokuslanan Yaponiya mərkəzli startap Terra Drone C seriyalı investisiya turunda 14 milyon dollar investisiya alıb. Bu investisiya dünyanın ən dəyərli şirkətlərindən biri olan Aramco-nun Wa'ed Ventures fondu tərəfindən ayrılıb.
14 milyon dollarlıq investisiya ilə startapın bu günə qədər aldığı ümumi investisiya məbləği 97 milyon dollara çatıb. Bu yatırımla startap tamamilə özlərinə məxsus Terra Drone Arabia-nı quracaq. Terra Drone Səudiyyə Ərəbistanı və Yaxın Şərqdə Terra Drone Arabia markası ilə fəaliyyətini davam etdirəcək.
Qeyd edək ki, Terra Drone-un investorları arasında Aramco-dan başqa SBI Investment, Milt, Join, Venture Labo Investment, Mitsui & Co, Seika, Kyushu Electric Power və Tokyu Land kimi şirkətlər də var. 2016-cı ildə Tokioda Toru Tokuşige tərəfindən qurulan Terra Drone adından da göründüyü kimi dron texnologiyaları üzərində çalışır. Terra Drone həlləri hazırda Avropa, Asiya və Şimali Amerikanın 10 ölkəsində aktiv şəkildə istifadə olunur.
