Chegg-in iddiasına görə, Google-un süni intellekt tərəfindən yaradılan axtarış nəticələri şirkətin veb saytına daxil olan istifadəçi sayını azaldıb və nəticədə gəlirləri düşüb.
İddia ABŞ-ın Kolumbiya Dairəsi Məhkəməsində qaldırılıb. Chegg, Google-u ədalətsiz rəqabət aparmaqda və haqsız qazanc əldə etməkdə ittiham edir. Şirkət bildirir ki, Google digər şirkətləri məcbur edir ki, məzmunlarını axtarış sisteminə daxil etsinlər. Lakin istifadəçilər Google-un təqdim etdiyi xülasələri oxuduqları üçün məzmunun orijinal mənbəyinə – məsələn, Chegg-in saytına daxil olmurlar. Nəticədə, Google başqalarının məzmunundan istifadə edərək öz süni intellekt əsaslı xidmətlərini inkişaf etdirir və bundan qazanc əldə edir, lakin mənbə saytların trafiki və gəliri azalır.
Chegg məhkəmədən Google-un bu təcrübəsinə son qoyulmasını və şirkətə dəymiş zərərin ödənilməsini tələb edir.
Bu problem təkcə Chegg-ə aid deyil. Daha əvvəl də bir çox xəbər saytı Google-un süni intellekt xülasələrinin onların trafikinə mənfi təsir etdiyini bildiriblər. Onların iddiasına görə, Google veb saytların məzmununu götürərək öz süni intellekt xülasələrində istifadə edir. Belə olduqda, istifadəçilər artıq mənbə saytlara daxil olmaq ehtiyacı hiss etmirlər, çünki Google onlara lazımi informasiyanı birbaşa təqdim edir.
Bu məsələ yalnız Chegg-ə aid deyil. Daha əvvəl də bir çox xəbər saytları Google-un süni intellekt xülasələrinin onların trafikinə mənfi təsir etdiyini bildiriblər. Onların iddiasına görə, Google veb saytların məzmununu götürərək öz süni intellekt xülasələrində istifadə edir. Belə olduqda, istifadəçilər artıq mənbə saytlara daxil olmaq ehtiyacı hiss etmir, çünki Google onlara lazımi informasiyanı birbaşa təqdim edir.