Az | EN

Eventeam: "Texniki dəyişikliklər səbəbindən "SPY" mesajı göndərilib"

Cəmil Hüseynzadə
02 Oktyabr 2024 19:21
364 baxış
Eventeam: "Texniki dəyişikliklər səbəbindən "SPY" mesajı göndərilib"

Eventeam startapı haqqında xəbərlərə startap açıqlama verib. Bu barədə startapın rəsmi sosial media hesablarında məlumat yayımlanıb.
Məlumatda deyilir “Diqqət! Eventeam istifadəçiləri! Bu səhərdən etibarən etdiyimiz texniki dəyişikliklər səbəbilə hər kəsin app-ın SPY etdiyi ilə bağlı avtomatik məktub gəlir. Google Play-də Şirkət Təsdiqi ilə əlaqədar olaraq Google Play Hesabımız müvəqqəti "Review" statusuna keçib. Narahatlığa ehtiyac yoxdur. Bu sadəcə Google Play-in yeni qaydalar gətirdiyi üçün bəzi verification məsələlərindən keçirilməlidir. Bu addımı keçdikdən dərhal sonra, Developer Account bərpa olunacaq və app problemsiz işləyəcək. Proqramı Play Storedən yükləyəndə və Dev account müvəqqəti bağlananda belə bildiriş verir. Datalarınız əmin əllərdədir narahat olmayın. Panika və ya ajiotaj yaratmağa ehtiyac yoxdur! Hörmətlə, Eventeam ailəsi”

Məlum olub ki, istifadəçiləri təşvişə salan bildirişi Google texniki tənzimləmələr edilərkən göndərib. Bu da anlaşılmamazlığa səbəb olub. Əslində isə hadisə təşvişə düşüləcək və tətbiqi siləcək qədər deyil.

© copyright 2022 | tech.az | info@tech.az