Az | EN

Facebook istifadəçilərinə təzminat ödəyəcək

Bənövşə Kazımova
19 May 2022 13:30
278 baxış
Facebook istifadəçilərinə təzminat ödəyəcək

istifadəçilərə məlumat vermədən və onların razılığını almadan öz biometrik məlumatlarını toplamağı qadağan edən qanunu pozub.

Bu iddiaları qəbul etməyən Facebook rəhbərliyi dəfələrlə əks iddia qaldıraraq ittihamlardan qurtulmağa çalışsa da, məhkəmə hər dəfə bunu rədd etmişdi. Nəhayət, 7 il sonra Şimali Kaliforniya Məhkəməsi şirkətin istifadəçilərə 397 dollar ödəməsinə qərar verib. İllinoys ştatında yaşayan 1,6 milyondan çox Facebook istifadəçisi artıq bu həftə ödənişləri birbaşa depozit və ya poçtla almağa başlayıb.

Qeyd edək ki, Facebook ötən ildən etibarən platformada paylaşılan foto və videolarda insanları tanımaq üçün təqdim etdiyi üz tanıma sistemini ləğv etsə də, o vaxta qədər ondan aktiv şəkildə istifadə edirdi. İddiaçıları təmsil edən vəkillərin sözlərinə görə, bu funksiya İllinoys Ştatının Biometrik Məlumat Məxfiliyi Qanununu pozurdu. Şirkət ötən ilin oktyabrında Meta Platforms Inc. olaraq yoluna davam etmək qərarına gəldikdən sonra o, üz tanıma sistemini də istifadədən çıxarıb. Bildirilib ki, funksiyadan aktiv istifadə edən istifadəçilər artıq fotolarda avtomatik olaraq tanınmayacaq. Bundan əlavə, Meta bütün sistemlərdən artıq qeydə alınmış 1 milyarddan çox üz tanıma şablonunu sildiyini də açıqlayıb.

Həmçinin görmə əngəlli insanlara kömək məqsədi ilə hazırlanmış alternativ mətn izahatlarında fotoşəkillərdə təsbit edilən şəxslərin adlarının çəkilməsinin dayandırılması da qərara alınıb. Şirkət bu qərarın istifadəçilərin artan narahatlığını aradan qaldırmaq üçün verildiyini bildirib.

© copyright 2022 | tech.az | info@tech.az