Az | EN

Ferrari və HP 5599 dollarlıq premium noutbuk təqdim etdi

Cəmil Hüseynzadə
05 İyun 2026 15:23
72 baxış
Ferrari və HP 5599 dollarlıq premium noutbuk təqdim etdi

Ferrari və HP birgə hazırladıqları xüsusi seriyalı HP Scuderia Ferrari AI noutbukunu təqdim ediblər. Cəmi 4999 ədəd istehsal olunacaq cihazın qiyməti 5599 dollar təşkil edir.

Noutbuk Ferrari-nin məşhur Rosso Magma qırmızı rəngində hazırlanıb. Korpusun alt hissəsində karbon və şüşədən istifadə olunub, soyutma sistemi isə xüsusi “mühərrik pəncərəsi” vasitəsilə görünür. Cihaz Ferrari avtomobillərinin salonlarında istifadə edilən eyni italyan dərisindən hazırlanan xüsusi çexolla birlikdə satılacaq.

Model 14 düymlük 3K OLED sensor ekran, 120 Hz yenilənmə tezliyi, Intel Core Ultra X7 358H prosessoru, 64 GB operativ yaddaş və 1 TB SSD ilə təchiz edilib. Satışlara 12 iyun tarixində ABŞ-da başlanacaq.

© copyright 2022 | tech.az | info@tech.az