Az | EN

Şahmar Hacıyəhyayev: Regionlarda yeni təlim proqramlarına start verilib

Cəmil Hüseynzadə
05 İyun 2026 11:30
62 baxış
Şahmar Hacıyəhyayev: Regionlarda yeni təlim proqramlarına start verilib

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İnformasiya Təhlükəsizliyi Departamentinin rəhbəri Şahmar Hacıyəhyayev Bakıda keçirilən "Süni İntellekt Əsrində Maliyyə Kibertəhlükəsizliyinin Gələcəyi" tədbirində məlumat verib.

Onun sözlərinə görə, Agentlik tərəfindən rəqəmsal bacarıqların inkişafına yönəlmiş layihələr icra olunur. Şahmar Hacıyəhyayev bildirib: "Digital literacy" adlı bəzi proqramlar tətbiq etməkdəyik. Burda söhbət təkcə kibertəhlükəsizlikdən və yaxud süni intellektdən getmir. Məsələn, elə bir qurumun əməkdaşı var ki, işlədiyi müddətdə düzgün "PowerPoint" slaydını hazırlaya bilmir və yaxud elektron sənəd dövriyyəsində məlumatları düzgün daxil edə bilmir.

O qeyd edib ki, bu il kibertəhlükəsizlik istiqaməti həmin platforma ilə inteqrasiya olunub. "LMS platformasından istifadə etməklə bütün rayonlarda İcra Hakimiyyəti qurumları başda olmaqla, artıq rayon və regionlarda rəqəmsal savadlılığın artırılması üçün müxtəlif proqramlara başlamışıq. Burada nəinki dövlət qurumlarının əməkdaşları, eyni zamanda vətəndaşlara yönəlik də seqmentləşmə yaratmağa çalışırıq ki, müxtəlif qruplar üzrə bu proqramları tətbiq edək", – deyə o vurğulayıb.

© copyright 2022 | tech.az | info@tech.az