Az | EN

FinTech sahəsində olan DataMesh Group 30 milyon dollar investisiya alıb

Bənövşə Kazımova
23 Fevral 2023 13:39
231 baxış
FinTech sahəsində olan DataMesh Group 30 milyon dollar investisiya alıb

Ödəniş sistemləri texnologiyalarına fokuslanan fintech olaraq seçilən DataMesh Group investisiya aldığını açıqlayıb. Startapdan verilən məlumata görə, A seriyalı investisiya turunda 30 milyon dollar investisiya alıb. Yeni investisiya ilə startapın əldə etdiyi ümumi investisiya məbləği 42 milyon dollara çatıb. İnvestisiyanın DataMesh Group-un ödəniş infrastrukturu müqavilələrini yerinə yetirmək üçün istifadə olunması gözlənilir.

İnvestisiya turuna startapın keçmiş investorlarından biri olan NAB Ventures rəhbərlik edib. Turda NAB Ventures ilə yanaşı, Deutsche Bank, 1835i Ventures, Wunala Capital, Fifth Estate və Peregrine Corporation da iştirak edib.

Məlumat üçün qeyd edək ki, 2018-ci ildə Avstraliyada Mark Nagi tərəfindən qurulan DataMesh Group müştərilərinə mağazada və onlayn alış-veriş üçün fərdiləşdirilmiş ödəniş sistemi texnologiyasını təklif edir. Startap müştərilərinin ödəniş sistemlərini daha səmərəli etməyi hədəfləyir. DataMesh Group-un xidmətlərinə məlumatların emalı həlləri, maliyyə ödəniş sistemləri proqram təminatı, infrastruktur və məlumat analitikası məhsulları daxildir.

© copyright 2022 | tech.az | info@tech.az